Logo

Ankara Universitetinin rektoru ADPU-da olub - FOTO

11.03.2023 23:25 490 baxış
IMG

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovla görüşüb.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin vəziyyəti və yeni perspektivlər müzakirə olunub.

Xatırladaq ki, ötən ilin noyabr ayında ADPU-nun rektoru Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ankara Universitetində olub, rektor Necdet Ünüvarla görüşmüşdülər. Görüşdə ADPU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanmışdı.

Xəbər lenti