Logo

Mədəniyyət müəssisələrinin ərazisində iməclik keçirilib - FOTO

11.03.2023 21:51 464 baxış
IMG

Martın 11-də "Heydər Əliyev ili" ilə bağlı Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Masallı, Cəlilabad, Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə iməclik keçirilib.

Bu barədə "Tehsil.biz"ə Masallı Regional Mədəniyyət İdarəsindən bildirilib.

Qeyd edilib ki, idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin ərazilərində keçirilən iməclikdə ağacların gövdə ətrafları bellənib, qurumuş budaqları, xəzəllər təmizlənib, həmçinin digər yaşıllıq və abadlıq işləri görülüb.  

Xəbər lenti