Logo

Ankara Universitetinin rektoru AzMİU-da olub

11.03.2023 20:31 424 baxış
IMG

Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Tehsil.biz xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqla görüşüb. Görüşdə ölkələrimiz arasındakı sıx qardaşlıq əlaqələrinə diqqət çəkilərək beynəlxalq təhsil layihələri çərçivəsində birbaşa əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə  Ankara Universitetinin sosial elmlər fakültəsinin dekanı professor Orhan Çelik də iştirak edib.

Xəbər lenti