Logo

Zərdabda “Şagird davranış qaydaları”nın icrası ilə bağlı görüş keçirilib

11.03.2023 17:27 557 baxış
IMG

Martın 9-da Zərdab şəhəri 1 nömrəli məktəb-liseydə, eyni zamanda rayonun Gəlmə və Yarməmmədbağı kənd tam orta məktəblərində “Şagird davranış qaydaları”nın icrası ilə bağlı maarifləndirmə xarakterli görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Cavad Cavadov, Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Görüşdə ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda bu qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyi, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verdiyi vurğulanıb.

Bundan əlavə görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı verilən suallar cavablandırılıb.

Qeyd edək ki, bu layihə hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tətbiq olunur.

Xəbər lenti