Logo

“Leyli və Məcnun” operası yenidən nümayiş olunacaq

11.03.2023 13:58 439 baxış
IMG

Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, operada Əməkdar artistlər Rəvanə Əmiraslanlı, Elnur Zeynalov, Təyyar Bayramov, Cahangir Qurbanov və başqaları çıxış edəcəklər.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Dahi bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Xəbər lenti