Logo

Vytautas Magnus Universitetinin nümayəndəsi ADPU-da olub

11.03.2023 13:22 470 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Litva Respublikasının Vytautas Magnus Universitetinin (VMU) nümayəndəsi ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə VMU-nun prorektoru dos. dr. Vilma Bijeikienė və ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

Görüş zamanı rektor C.Cəfərov və prorektor E.Aslanov ADPU-nun fəaliyyəti, tarixi, strukturu, təhsil proqramları barədə məlumat veriblər. Litva universitetləri ilə əlaqələrin əhəmiyyəti, mümkün əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə hər iki tərəfin maraqlı təklifləri və maraq doğuran layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa hədiyyə təqdim olunub.

Xəbər lenti