Logo

Sənaye profilli peşə təhsil müəssisələrinin “Açıq Qapı” günü tədbiri keçirilib - FOTO

11.03.2023 11:22 281 baxış
IMG

Martın 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə sənaye profilli peşə təhsil müəssisələrinin “Açıq Qapı” günü tədbiri keçirilib.

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri, peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti, o cümlədən Bakı və ətraf ərazilərdən olan orta ümumtəhsil məktəblərinin 500-dən çox buraxılış sinif şagirdi iştirak edib. “Açıq Qapı” günündə iştirak edən şagirdlərin içərisində həm internat tipli müəssisələrdə təhsil alan şagirdlər, həm də sağlamlıq imkanları məhdud olan şəxslər yer alıblar.

Tədbirdə qonaqlara sənaye və tikinti profilli peşə təhsil müəssisələrinin sənaye, tikinti, İKT istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.

Xəbər lenti