Bakı Dövlət Universitetinin (BDU) və Təhsil İnstitutunun təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Riyaziyyat üzrə Respublika Olimpiadası keçiriləcək.
Tehsil.biz xəbər verir ki, olimpiadanın bu ilin 25-26 may tarixlərində keçirilməsi nəzərdə tutulur.
Olimpiadanın keçirilməsində məqsəd Azərbaycan Respublikasında riyaziyyat sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə riyaziyyat elminə marağı artırmaq və tələbələr arasında riyazi bilikləri təbliğ etməkdir.