Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm festivalı keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Qeyd olunub ki, festivalın aprelin 26-dan mayın 10-dək keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində Ulu Öndərə həsr olunmuş konfranslar, ustad dərsləri, təqdimatlar, sərgilər təşkil olunacaq.