Logo

“Regionallarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinə start verilir

10.03.2023 18:01 231 baxış
IMG

Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) “Regionallarda Olimpiadalara Hazırlıq Mərkəzlərinin Qurulması” layihəsinə start verilir. 

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi 12 Regional Təhsil İdarəsinin nəzdində kadr potensialının artırılması və 12 region üzrə Respublika Fənn Olimpiadalarına hazırlıq prosesinin yerinə yetirilməsindən ibarətdir.

Layihə 2023-cü il aprel-dekabr aylarını əhatə edərək 4 hissədən ibarət olacaq:

- "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsi;
- İstedadlı şagirdlərin seçim müsabiqəsi;
- İstedadlı müəllim və şagirdlərin olimpiadaya hazırlıq prosesi;
- İstedadlı qaliblərin müəyyən olunması.

İlkin mərhələ "İstedadlı şagird üçün istedadlı müəllim"lərin seçim müsabiqəsindən ibarət olacaq. Müəllim seçim mərhələsi ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının 12 region üzrə fəaliyyət göstərən müəllim heyəti və təhsil alan şagirdlər üçün nəzərdə tutulub.

Xəbər lenti