Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi, Magistratura şöbəsi, Filologiya və jurnalistika fakültəsi nəzdindəki İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları universitetin Beynəlxalq Münasibətlər fakültəsinin məzunu, şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, onlar şəhid Elvin Bayramovun ailə üzvlərini 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə təbrik ediblər.

