Sumqayıtda fizika müəllimi şagirdin saçını kəsib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə iddialar yayılıb.
Məlumata görə, hadisə şəhərin 29 nömrəli məktəbində qeydə alınıb.
Şagirdin dərsə səliqəsiz saçla gəldiyinə görə fizika müəllimi tərəfindən vurulduğu və saçının kəsildiyi bildirilir.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, baş verənlərlə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: