Logo

LDU tələbələri Türkiyənin ali məktəbində təcrübə keçirlər

10.03.2023 00:44 240 baxış
IMG

Lənkəran Dövlət Universiteti (LDU) ilə Qars Qafqaz Universiteti arasında Akademik əməkdaşlıq protokolu çərçivəsində Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi Türkiyənin Qars Qafqaz Universitetində istehsalat təcrübəsi keçir.

Ali məktəbdən "Tehsil.biz"ə bildirilib ki, tələbələrin Türkiyəyə göndərilməsi üçün tələb olunan bütün xərclər Lənkəran Dövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində bu universitetdə təcrübələrə qatılacaqlar.

Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində Qars Qafqaz Universitetinin professor-müəllim heyəti LDU-nun Baytarlıq ixtisası tələbələrinə mühazirə oxumaq üçün Türkiyədən dəvət olunub.

Xəbər lenti