Azərbaycan Texniki Universitetinin (AzTU) “Ekologiya mühəndisliyi” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantların elmi-tədqiqat təcrübəsi davam edir.
Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Ekoloji kataliz laboratoriyasında k.ü.f.d., Bilqeyis İsmayılova biokütlə əsaslı maddələrin dialkil karbonat və polikarbonatların alınmasında yeni katalitik sistemlərin hazırlanması üçün lazımi vəsaitləri tələbələrə əyani göstərib, eyni zamanda bu sahədəki ədəbiyyat materialları haqqında məlumatlar birlikdə müzakirə edilib.
