Logo

Coğrafiya İnstitutunun əməkdaşı qazaxıstanlı şagirdlərə açıq dərs keçib - FOTO

09.03.2023 18:49 423 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kiçik elmi işçisi Bəyimxanım Hüseynova Qazaxıstan Respublikasının “Zhana-Gasyr” 175 saylı məktəb-gimnaziyasının şagirdlərinə “Urbanisation as a global phenomenon” (Urbanizasiya qlobal fenomen kimi) mövzusunda onlayn şəkildə açıq dərs tədris edib.

Tehsil.biz xəbər verir ki, B.Hüseynova açıq dərsdə şagirdlərə urbanizasiya anlayışını, dünyada urbanizasiyalaşma prosesini, urbanizasiyanın üstün və mənfi tərəfləri haqqında ümumi məlumat verib, Azərbaycanda və Qazaxıstanda urbanizasiyanın müasir problemləri haqqında danışıb.

Dərsin sonunda məktəblilərlə interaktiv oyun keçirən elmi işçi şagirdlərin mövzu ilə bağlı bütün suallarını cavablandırıb.

Xəbər lenti