Martın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Universitetinin rəhbərliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəhbər heyəti arasında görüş keçirilib.
"Tehsil.biz"in məlumatına görə, görüşdə pedaqoji kadr hazırlığı, onun müxtəlif aspektli problemləri, o cümlədən əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev və Akademiyanın rektoru Fuad Hacıyev tərəfindən imzalanmış sənədə əsasən, tərəflər qarşıdakı 5 il ərzində pedaqoji kadr hazırlığı, elm və təhsil sahəsinin inkişafı üzrə birgə fəaliyyət həyata keçirəcəklər.
Milli Müdafiə Universitetində təşkil olunan imzalanma mərasimində ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Tədris hissəsinin müdiri Nazim Abbasov da iştirak edib.


