Logo

BDU tələbələri Botanika İnstitutunda istehsalat təcrübəsində - FOTO

09.03.2023 13:49 447 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, istehsalat təcrübəsi Biologiya fakültəsi ilə Botanika İnstitutu arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

BDU tələbələri Botanika institutunun şöbə və laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat işləri ilə yaxından tanış olur, nəzəri və praktiki biliklərə yiyələnirlər.

Təcrübə müddəti aprelin 19-dək davam edəcək.

Xəbər lenti