Logo

AzMİU-da Çin dili və kalliqrafiya kurslarına başlanılır

09.03.2023 13:30 485 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin (İADM) və Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin çay mərasimi keçirilib və kalliqrafiya sənəti nümayiş etdirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, iştirakçılara Konfutsi İnstitutunun hədiyyələri verilib, çay və şirniyyatlar təqdim olunub.

Tədbir zamanı Çin dili və kalliqrafiya kurslarına yazılmaq istəyən tələbələrin qeydiyyatı da aparılıb.

Qeyd edək ki, yaxın günlərdə AzMİU-da Çin dili və kalliqrafiya kurslarına start veriləcək.

Xəbər lenti