Logo

Elm və təhsil naziri Göygöldə vətəndaşları qəbul edəcək

09.03.2023 13:14 390 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev  30 mart 2023-cü il tarixində Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Tehsil.biz xəbər verir ki, qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 17 mart 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Xəbər lenti