Logo

UFAZ-ın Universitet Tələbə Şurası fəaliyyətini genişləndirir

09.03.2023 11:36 499 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Universitet Tələbə Şurası (UTŞ) fəaliyyətini genişləndirir.

UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, təhsil müəssisəsinin rəhbərliyi ilə UTŞ arasında görüş olub. Görüşdə Universitet Tələbə Şurasının yeni seçilmiş prezidenti Emin Xəlifəyev illik proqramlarını təqdim edib.

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, baş katibi Elizaveta Bydanova Universitet Tələbə Şurasının təhsilə, tələbə həyatına verdiyi töhfələrdən danışıblar.

Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın Unistra koordinatoru Jan-Mark Planeks universitetin idarə olunmasında tələbələrin iştirakının vacibliyini və Strasburq Universitetinin on beş vitse-prezidentindən birinin tələbə olduğunu vurğulayıb.

Xəbər lenti