Logo

Sertifikatlaşdırılma ilə əlaqədar maarifləndirici görüşlər davam edir - FOTO

09.03.2023 11:20 426 baxış
IMG

Təhsil İnstitutu müəllimlərin sertifikatlaşdırılması ilə əlaqədar maarifləndirici görüşləri davam etdirir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti görüş Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə keçirilib.

Görüşdə sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib. İki saatadək davam edən görüşdə ümumi təhsil müəssisələrində çalışan 300-dən artıq Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib.

Xəbər lenti