Martın 16-da saat 15:00-da Azərbaycan-Fransız Universitetində (UFAZ) valideynlər və abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək.
Tehsil.biz xəbər verir ki, Azərbaycan-Fransız Universitetinə qəbul prosesi və tədris proqramlarında yeniliklər barədə məlumat veriləcək, abituriyentin və onların valideynlərinin sualları cavablandırılacaq.
Eyni zamanda tədris və laboratoriya binaları ilə tanış olmaq imkanı əldə ediləcək.