Logo

Uşaq İncəsənət Məktəbində 8 Mart tədbiri keçirilib

08.03.2023 18:04 415 baxış
IMG

Cəlilabad rayon Uşaq İncəsənət Məktəbində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov və məktəbin kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər Əhədzadə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə başda şəhid anaları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib.

Sonra məktəbin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.

Xəbər lenti