Logo

Abituriyentlərin maarifləndirilməsi istiqamətində görüş keçirilib - FOTO

08.03.2023 15:16 322 baxış
IMG

Martın 7-də Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Məhəmmədəli Abdin regionlarda yerləşən tam orta məktəblərdə abituriyentlərin maarifləndirilməsi istiqamətində görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüş Zərdab şəhər 1 nömrəli məktəb-liseydə keçirilib.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Şükürzadə Şəhriyar, Zərdab Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Yusifov Vüsal və Zərdab uşaq və ailələrə dəstək mərkəzinin direktoru Səfərəliyeva Ləman iştirak edib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisi Qurbanlı Əli tərəfindən karyera və düzgün ixtisas seçimi haqqında abituriyentlərə məlumat verilib.

Xəbər lenti