Logo

NDU-da “Bədii qiraət” müsabiqəsi keçirilib

08.03.2023 11:13 336 baxış
IMG

Naxçıvan Dövlət Universitetində (NDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bədii qiraət” müsabiqəsi keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, Tarix-filologiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Ümummilli Liderə həsr edilmiş  “Xalqın adamı" videoçarxı  nümayiş olunub.       

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev  ali təhsil ocağında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilən tədbiri yüksək qiymətləndirib. Rektor tələbələrin xüsusi istedadlarının qiymətləndirilməsi üçün bu cür müsabiqələrin davamlı keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Sonra  Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib.

Münsiflər heyəti müsabiqədə tələbələrin bədii qiraətini səhnə mədəniyyəti, intonasiya, şeirlərin əzbər təqdimatı, mövzu uyğunluğu və tələffüz bacarıqları meyarlarına görə qiymətləndirib. Göstərilən meyarlara uyğun Aktyor sənəti üzrə IV kurs tələbəsi Səkinə Məmmədova qalib seçilib. II yerə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Tülay Babayeva, III yerə Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Rafiq Təhməzov layiq görülüb. Dörd tələbə isə həvəsləndirici yer qazanıb. Qaliblərə diplom və hədiyyə təqdim edilib.

Xəbər lenti