Logo

Rektor: "Ölkəmizin bütün sahələrdə inkişafında xanımların mühüm rolu var"

08.03.2023 10:41 365 baxış
IMG

"Azərbaycan qadını tarixi mədəni irsimizin təşəkkülündə müstəsna xidmətlərə malikdir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev deyib.

Rektor bildirib ki, şərqdə elmin, təhsilin müxtəlif istiqamətləri üzrə ilk addımları atan Azərbaycan qadını yenilikçi ruha sahib olduğunu hələ o vaxtdan sübut edib:

"Azərbaycan qadını Vətənini sevən övladlar tərbiyə edən, ailə dəyərlərini qoruyan anadır. Bu gün ölkəmizin bütün sahələrdə inkişafında Azərbaycan xanımlarının mühüm rolu var. Əminəm ki, Azərbaycan xanımları ölkəmizin yüksəlişi naminə töhfəsini əsirgəməyəcək. Bir daha hər birinizi təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm! Bayramınız mübarək!".

Mərcanə Əsədova

Xəbər lenti