Logo

BDU-nun SABAH qrupları tələbələrinə ustad dərsi keçirilib

07.03.2023 23:45 279 baxış
IMG

Böyük Britaniyanın Bradford Universitetinin professoru Behrooz Morvaridi Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının tələbələrinə onlayn qaydada “Məcburi miqrasiya: köçürülmə və yenidən məskunlaşma” (“Forced migration: displacement and resettlement”) mövzusunda ustad dərsi keçib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, ustad dərsində miqrasiya anlayışı, növləri, məcburi miqrasiyanın şərtləri, əlamətləri, dünya dövlətlərinin qaçqınlarla bağlı siyasəti haqqında tələbələrə geniş məlumat verilib. Azərbaycanın da qoşulduğu “Qaçqınların statusu haqqında Konvensiya” şərh edilib. Ustad dərsində Azərbaycanın Böyük Qayıdış Proqramı geniş müzakirə olunub, qaçqın və məcburi köçkünlərin yenidən məskunlaşmasının vacibliyi vurğulanıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti