Logo

BDU tələbələri Coğrafiya İnstitutunda istehsalat təcrübəsində olublar

07.03.2023 18:09 257 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 55 tələbəsi Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçir. Məqsəd tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri praktiki vərdişlərin formalaşdırılmasıdır.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, institutun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova elm müəssisəsinin yaranma tarixi, elmi-tədqiqat sahələri, korifey alimləri, coğrafi problemlər, elmi nailiyyətlər barədə təqdimatla çıxış edib.

Sonra coğrafiya elmləri doktoru Sitarə Tarixazər tələbələri təbii risklər, sürüşmə, sel hadisələri, onların qarşısını alma üsulları ilə bağlı məlumatlandırıb.

Təcrübə aprelin 25-dək davam edəcək.

Xəbər lenti