Logo

BŞTİ: "Bugünkü külək şagirdlərin dərs davamiyyətinə təsir etməyib"

07.03.2023 16:44 230 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində külək nəticəsində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, bu gün paytaxt məktəblərində şagirdlərin dərsə davamiyyəti normal olub.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

Mərcanə Əsədova

Xəbər lenti