Logo

Qubada tələbələr üçün riyaziyyat düşərgəsi təşkil olunur

07.03.2023 15:37 360 baxış
IMG

Quba rayonunda tələbələr üçün “MathCamp 2023” adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, düşərgədə iştirak etmək istəyənlər martın 10-dək link vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində iştirak etməlidirlər.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, magistratura və doktorantura səviyyəsində təhsil alanlar, qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.

Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ təlim, alqoritmik yanaşma, məsələ həlli və ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminar və təlimlər keçiriləcək. Eyni zamanda, iştirakçıların dərsdənkənar asudə vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar və musiqili-əyləncəli proqramlar da təşkil olunacaq.

Xəbər lenti