Logo

ADNSU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTO

07.03.2023 14:55 348 baxış
IMG

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin xanım əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ürək sözlərini çatdırıb. Qadının cəmiyyətdə öncə ana kimi rolundan danışan rektor, professor M.Babanlı yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilən müasir Azərbaycanqadınının cəmiyyətdə və sosial sferada yüksək mövqetutduğunu qeyd edib. Həmçinin rektor M. Babanlı 8 martın bütün dünyada bayram kimi qeyd edilməsitarixindən söz açıb və bu bayramın önəmini qeydedib.  

Daha sonra ADNSU-nun bir qrup xanım əməkdaşına bayram hədiyyələr təqdim edilib.

Xəbər lenti