Logo

ADAU-nun tələbələri Zaqatala rayonunda yerləşən təsərrüfatlara səfər ediblər - FOTO

07.03.2023 11:58 335 baxış
IMG

Özəl Sektorun İnkişafı layihəsi Zaqatalada Fındıqçılıq üzrə Texniki Sertifikasiya Proqramının beşinci və altıncı sessiyalarını həyata keçirib.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, sessiyada Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri iştirak ediblər.

Sessiyalarda meyvə bağlarının salınması, əkin sxemi və sortları, tozlandırma, tingliklər, fındıq tingləri və suvarmanın üsulları məsələləri müzakirə olunub. İştirakçılara ənənəvi və müasir əkin üsulları arasında iqtisadi fərq barədə də məlumat verilib.

İştirakçılar həmçinin Zaqatalada Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Fındıqçılıq Elmi-Tədqiqat Mərkəzində olub, onlara müxtəlif fındıq sortlarının əkilməsi və becərilməsi üsulları nümayiş etdirilib. Təlimin sonuncu günü iştirakçı qrupu Azərbaycan Fındıq İxracatçıları Konsorsiumunun fındıq emalı zavodunda olub və fındığın tədarükü, analizi, qurudulması, kalibrlənməsi, çeşidlənməsi və qablaşdırılması prosesi ilə tanış olub.

Xəbər lenti