"Hesab edirəm ki, hər hansı bir müəllim müəllimlərin işə qəbulu imtahanından yüksək nəticə göstərə bilər. Yalnız gördüyümüz mənzərə onu özündə ehtiva edir ki, bəzi şəxslər müsahibə mərhələsindən başdansovdu, ya da tanışlıq vasitəsi ilə keçirilir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdə məktəbin dəhlizini sildirməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, müəyyən olunmuş qaydalara əsasən, hər bir şagird dərsə vaxtlı-vaxtında gəlməli, yalnız üzrlü səbəblərdən dərsə gəlməmə və ya gecikmə halı yarandıqda məktəbə və ya sinif rəhbərinə məlumat verilməlidir:
"Dərs başladıqdan 5 dəqiqə sonra gecikən hər bir şagirdə qayib yazılmalıdr. Onu da qeyd edim ki, həmin müəllim də istəməz ki, hər hansı bir müəllim onun övladına dərsə gecikdiyi üçün dəhliz və ya sanitar qovşaq sildirsin".
Orxan Daşdəmirov