Logo

ADU-nun qızlar yataqxanasında yaşayan tələbələr bir aylıq kirayəhaqqından azad olunub

07.03.2023 11:06 551 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr bir aylıq kirayə ödənişindən azad olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə universitetin Tələbə Həmkarlar İttifaqının sədri Zəhra Hüseynova məlumat yayıb.

O bildirib ki, bu qərar universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə verilib. 

Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunub.

Xəbər lenti