Logo

Məsləhətə ehtiyacı olan abituriyentlərin NƏZƏRİNƏ: bu ünvanlara gedin

07.03.2023 09:40 530 baxış
IMG

Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər martın 15-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Xəbər lenti