Logo

Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti ADAU-da səfərdədir - FOTO

07.03.2023 09:19 314 baxış
IMG

Türkiyənin Konya şəhərində yerləşən Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Qonaqlarla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və ikili diplom proqramları haqqında ətraflı məlumat verib.

Görüşdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi məsələlər də müzakirə edilib.

Çıxış edən Konya Qida və Kənd Təsərrüfatı Universitetinin rəhbər heyətindən Mehmet Kılıç, professor Ali Karabaçak və İsa Özgen təmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək, birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüşərək birgə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Türkiyədən gələn nümayəndə heyəti universitetin zəngin maddi-texniki bazası ilə yaxından tanış olub. Gəncə şəhərinin görməli yerlərinə baş çəkiblər.

Xəbər lenti