Logo

AzTU-da “İT sahəsində ilk addımlar” təlimlərinin mükafatlandırma mərasimi keçirilib - FOTO

06.03.2023 21:10 534 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının nəzdində yaradılmış “IT Woman Club” və “IT Brains Academy”nin əməkdaşlığı çərçivəsində tələbə qızlar üçün “İT sahəsində ilk addımlar” adlı təlimlərin mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev qızlar üçün İT sahəsində keçirilən təlimlərin əhəmiyyətindən danışıb və tələbələrə uğurlar arzulayıb. Rektor belə təlimlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Daha sonra çıxış edən “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev və “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov universitetlərin “SABAH” qruplarında təhsil alan tələbələr üçün faydalı təlimlərin keçirilməsinə hər zaman şərait yaratdığı üçün AzTU rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, 3 ay davam edən təlimlərdə AzTU ilə yanaşı, BDU, UNEC, ADNSU, AzMİU, ADPU, ADBTİA, ADMİU və BMU-nun “SABAH” qruplarında təhsil alan tələbələri iştirak ediblər.

Tədbirin sonunda təlimləri uğurla başa vuran tələbələrə sertifikat təqdim olunub.

Xəbər lenti