Şamaxıdan olan bir qrup abituriyent Bakı Dövlət Universitetinə (BDU) ekskursiya edib.
BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, abituriyentlər seçdikləri ixtisas qruplarına uyğun olaraq BDU-nun Hüquq, Mexanika-riyaziyyat, Coğrafiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri ilə tanış olublar. Fakültələrin laboratoriya, təcrübə və dərs otaqları ilə tanış olan abituriyentlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib.
Onlar Coğrafiya fakültəsində eksponat kimi saxlanılan Azərbaycanın ən böyük qlobusuna baxıb, sonra BDU-nun Təkamül təlimi, Faydalı qazıntılar muzeyləri, “Kod Academy” otaqları ilə tanış olublar.
Ekskursiya BDU-nun qarşısında xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)