Logo

"Sanki müəllim "dembil", şagird "maladoy" əsgərdir" - SƏRT TƏNQİD

06.03.2023 18:59 1318 baxış
IMG

"Bəzi müəllim adına layiq olmayanlara görə yaxşı müəllimlər də zərbə alır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eskperti Elçin Əfəndiyev Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdə məktəbin dəhlizini sildirməsinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, qurunun oduna yaş da yanır:

"Bakıətrafı məktəblərin birində müəllim şagirdi dərsə gecikdiyi üçün cəzalandırıb. Onun cəza üsulu isə həmin şagirdə pol sildirmək olub.
Sanki məktəb deyil, N saylı hərbi hissədir. Müəllim "dembil", şagird isə "maladoy" əsgərdir. Bunları hansı ağılla, hansı əsasla işə götürüblər axı? Təfəkkürünüzə lənət!".

E.Əfəndiyev qeyd edib ki, heç kimin ixtiyarı yoxdur ki, şagirdi, hətta tələbə belə dərsə gecikdiyi üçün cəzalandırsın:

"Əgər gecikibsə, qaib yaz. Əslində isə bu da normal yanaşma deyil. Daha cəza üsulu kimi şagirdi təhqir etmək, pol sildirmək, süpürtdürmək nədir? Biz bullinqə qarşı mübarizə aparırıq, amma müəllim özü bunu edirsə, şagirdin sinif yoldaşlarından nə gözləyək? Sabah o uşaq psixioloji təzyiqə məruz qalmayacaq? Hansı sərdə yaşayırlar bunlar? Xəstə yığını!"

Orxan Daşdəmirov

Xəbər lenti