Logo

Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunan hekayə müsabiqəsi elan edilir

06.03.2023 16:02 478 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş hekayə müsabiqəsi elan edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Müsabiqəyə təqdim edilən hekayələrin həcmi 5000 işarədən artıq olmamalıdır. Yazılar Azərbaycan və rus dillərində təqdim edilə bilər. Hekayələr aprelin 5-dək [email protected]  ünvanına göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər. Təqdim olunmuş hekayələr Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunan elmi konfransda elan ediləcək, qaliblərə diplom və pul mükafatı veriləcək. I yer– 600 manat; II yer- 400 manat; III yer- 200 manat.

Qalib elan edilən hekayələr mətbuatda dərc olunacaq.

Xəbər lenti