Logo

AzMİU tələbələrinin təcrübə keçməsi üçün 150 müəssisə ilə əməkdaşlıq edir

06.03.2023 14:34 245 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrin təcrübə keçməsi üçün 150 müəssisə və təşkilatla əməkdaşlıq edir.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Qeyd olunub ki, bu qurumlardan 35-i 2022-2023-cü tədris ilində əməkdaşlığa cəlb edilib.

2022-2023-cü tədris ilində bu qurumlara bakalavriat səviyyəsi üzrə 1637, magistratura səviyyəsi üzrə isə 442 olmaqla ümumilikdə 2079 tələbə göndərilib. Onlardan 470 tələbə müraciəti əsasında özü tərəfindən seçilən müəssisəyə yönləndirilib.

Qeyd edək ki, tələbələrin təcrübə keçmək üçün müəssisə seçmək hüququ var, lakin həmin müəssisə təcrübə üçün tələb olunan elmi, texnoloji və idarəetmə şərtlərini ödəməlidir.

Xəbər lenti