Logo

Azərbaycan dili imtahanında iştirak etmək üçün ayrıca qeydiyyat tələb olunurmu?

06.03.2023 14:18 829 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 7-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə rus bölməsi üzrə sənəd verən əvvəlki illərin məzunları (keçən il bu imtahandan “məqbul” qiymət alanlar istisna olmaqla) üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu imtahanda iştirak etmək üçün şagird və abituriyentlərin ayrıca qeydiyyatı tələb olunmur. Belə ki, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin bu imtahanda iştirak etmələri üçün məlumatları “Şagird-məzun” sistemindən əldə olunur.

Əvvəlki illərin məzunları isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün martın 15-dək elektron ərizə dolduran zaman rus bölməsini seçərkən Azərbaycan dili (dövlət dili kimi) imtahanına da qeydiyyat keçmiş olurlar.

Xəbər lenti