Logo

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

06.03.2023 14:13 467 baxış
IMG

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən III ixtisas qrupunun DT altqrupunu seçən abituriyentlər müvafiq müsabiqə şərtlərini ödədikləri halda III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində "Jurnalistika" ixtisasına qəbul olmaq istǝyǝn abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Tehsil.biz xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 2-ci nömrəsində bildirilib 

Qeyd edilib ki, qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

Elanın "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ-lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyalardan olan abituriyentlərin isə hamısının "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Xəbər lenti