Logo

Bu şəxslər ali məktəblərə qəbul üçün müsabiqədə iştirak edə bilməzlər

06.03.2023 13:47 2414 baxış
IMG

Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Tehsil.biz xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 2-ci nömrəsində qeyd olunub.

Bildirilib ki, yüksək texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsi ilə aparılır.

Xəbər lenti