Logo

“Gənc istedadlar” liseyinin 7 şagirdi respublika fənn olimpiadalarının final turuna vəsiqə qazanıb

06.03.2023 12:47 277 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi respublika fənn olimpiadalarının final turuna vəsiqə qazanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Liseyin XI sinif şagirdi Raul Mahmudov tarix, IX sinif şagirdləri Nihad Həşimov riyaziyyat, Nəzrin Cəlilova, Rəvan Əli Azərbaycan dili və ədəbiyyat, VIII sinif şagirdləri Cabir Abbasov, Elman Kərimli kimya, Yusif İbrahimzadə fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal turunda qalib gəliblər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, məktəblilərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Xəbər lenti