Logo

İbtidai sinif müəllimlərinə ixtisas və metodiki mövzularda seminar keçirilib - FOTO

06.03.2023 11:25 238 baxış
IMG

Martın 5-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasıının (AGMA) birgə təşkilatçılığı ilə Cəlilabad rayonu ümumi təhsil müəssisələrin İbtidai sinif müəllimləri üçün seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə AGMA-dan bildirilib.

Aynur Rüstəmova və Pərvinə Qədimovanın təqdimatları əsasında keçirilən seminarda 800-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

Sonda seminarda aktiv iştirak edən müəllimlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, seminarların Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan digər rayonlar üzrə də keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti