Logo

ATU-da həkim-rezidentlər üçün növbəti seminar keçirilib - FOTO

06.03.2023 09:59 190 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasında həkim-rezidentlər üçün növbəti seminar keçirilib.

ATU-dan "Tehsil.biz"ə verilən məlumata görə, seminarda kafedranın ftiziatriya ixtisası üzrə həkim-rezidenti Türkan Məmmədzadə “Kazeoz sətəlcəm” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi kazeoz sətəlcəmin klinik-diaqnostik xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb, məruzə qənaətbəxş hesab olunub.

Qeyd edək ki, Ağciyər xəstəlikləri kafedrasında tələbələr, həkim-rezidentlər və gənc həkimlər üçün mütəmadi olaraq belə seminarlar keçirilir.

Xəbər lenti