Logo

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev davam etdirir

06.03.2023 09:09 461 baxış
IMG

Yeni Azərbaycan Partiyasının VII qurultayında nitqində Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə xalqın böyük əksəriyyətinin heç nədən çəkinmədən, böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, gənc Azərbaycan dövlətinin həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi.

Bu gün Azərbaycanın həm ölkə daxilində, həm regionda, həm də xaricdə gedən proseslərdə rolu artmaqdadır. Azərbaycanın xarici siyasət konsepsiyanı həmin dövrdə Ulu Öndər Heydər Əliyev qurmuşdur. Həmin siyasəti bu gün Prezident İlham Əliyev uğurla icra edir.

Eyni zamanda, müasir dövrdə Yeni Azərbaycan Partiyasının üzvləri, ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini uğurla davam etdirmək üçün səylə çalışırlar.

Hazırda Yeni Azərbaycan Partiyası bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. Bu ölkələr arasında ən sıx əməkdaşlıq qardaş Türkiyə ilə olan münasibətlərdə özünü daha aydın göstərməkdədir.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılandı. Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürdü, maddi və mənəvi dəstək göstərdi.

Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirdi, öz imkanları daxilində köməyini əsirgəmədilər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə xüsusi avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edildi.

Sonda qeyd etmək lazımdır ki, bu gün Yeni Azərbaycan Partiyası üzərinə götürdüyü tarixi missiyanı uğurla icra etməkdə davam edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.   

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Xəbər lenti