Logo

ADPU tələbələri estafet yarışında qaliblər sırasında

05.03.2023 20:08 487 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5 Mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” layihəsi çərçivəsində tələbələr arasında şən startlar əyləncəli idman oyunu keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışda 11 ali təhsil müəssisəsindən komandalar iştirak edib. Onlar halqa atma, qaşıqla tennis topunu aparma, qaz yerişi, torba və oturub-durma oyunlarında qələbə uğrunda öz bacarıqlarını nümayiş etdiriblər.

“7 igid-gözəl” devizi altında keçirilən estafet yarışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrindən ibarət komandası da iştirak edib.

ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin aktiv üzvləri olan ADPU tələbələri ali məktəblər tələbələri arasında keçirilən müxtəlif mərhələləri əhatə edən estafet yarışında II yer tutmuşdur.
Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən kubok və hədiyyələr təqdim olunub.

Yarışdan sonra universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev komanda üzvləri ilə görüşərək təhsildə olduğu kimi, sağlam həyat tərzinin təbliğində, idmanla məşğul olmaqda da tələbələrin aktiv olmasının önəmini vurğulayıb.

Xəbər lenti