Logo

Şərqşünaslıq İnstitutunda konfrans keçiriləcək

05.03.2023 13:03 250 baxış
IMG

Martın 6-7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, AMEA-nın Şərqşünaslıq İnstitutu ilə yanaşı, Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyətinin, Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun, İraq Strateji Araşdırmalar Mərkəzinin və Çin Xalq Respublikasının Hebey Universitetinin də iştirakı ilə təşkil edilən konfransın açılışı martın 6-da saat 11:00-da AMEA-nın Əsas binasının II mərtəbəsindəki akt zalında başlanacaq. Konfrans öz işini Şərqşünaslıq İnstitutunda keçiriləcək bölmə iclaslarında davam etdirəcək.

Tarix və ədəbiyyatda, elmdə, təhsildə, incəsənətdə, mədəniyyətdə və günümüzdə qadın, müasir dövrdə qadın problemləri mövzularını əhatə edən konfransda Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim iştirak edəcək.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası, II mərtəbə)

Xəbər lenti